Hüquqi məlumat
Məxfilik Siyasəti
"Troni İnvestisiya Şirkəti" QSC
Ümumi müddəalar
Hazırkı Məxfilik Siyasəti "Troni İnvestisiya Şirkəti" QSC-yə (bundan sonra – "Şirkət" adlandırılacaq) məxsus və Şirkət tərəfindən idarə olunan app-dev.troni.az internet səhifəsi, Troni mobil tətbiqi və digər rəqəmsal platformalar vasitəsilə təqdim edilən xidmətlərdən istifadə edən şəxslərin (bundan sonra – "İstifadəçi" adlandırılacaq) fərdi məlumatlarının toplanması, emalı, istifadəsi, saxlanılması, ötürülməsi və mühafizəsi ilə bağlı qaydaları və prinsipləri müəyyən edir.
İstifadəçi Şirkətin internet səhifəsindən, mobil tətbiqindən və ya digər rəqəmsal xidmətlərindən istifadə etməklə hazırkı Məxfilik Siyasəti ilə tanış olduğunu, onun şərtlərini qəbul etdiyini və bu Siyasətdə, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, müvafiq hüquqi əsaslarla nəzərdə tutulmuş məqsədlər üçün fərdi məlumatlarının Azərbaycan Respublikasının qanunvericiliyinin və normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq toplanmasına, sistemləşdirilməsinə, işlənilməsinə (emal edilməsinə), saxlanılmasına, yenilənməsinə, istifadəsinə, ötürülməsinə (qanunvericilikdə nəzərdə tutulmuş hallarda), arxivləşdirilməsinə və məhv edilməsinə öz razılığını verdiyini təsdiq edir. Şirkət bu aspektdə qanunvericiliyə uyğun fəaliyyət göstərir, öz müştərilərinin və tərəfdaşlarının məlumatlarının məxfiliyinin və təhlükəsizliyinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş və müasir texniki və təşkilati təhlükəsizlik tədbirlərini həyata keçirir.
Toplanan məlumatlar
Şirkət tərəfindən toplanılan fərdi məlumatların həcmi təqdim olunan xidmətin xarakterindən, istifadəçinin Şirkətlə münasibətlərindən və qanunvericiliyin tələblərindən asılı olaraq dəyişə bilər. Toplanılan məlumatlar aşağıdakılarla məhdudlaşmır və bunlara, o cümlədən, aşağıdakılar aid edilə bilər:
- Hesab açılması, investisiya xidmətlərindən istifadə edilməsi, müqavilələrin bağlanması və ya digər xidmətlər üzrə müraciətlər zamanı istifadəçi tərəfindən təqdim edilən məlumatlar;
- Veb-sayt, mobil tətbiq və digər rəqəmsal platformalarda qeydiyyat və autentifikasiya prosesində təqdim edilən məlumatlar (ad, soyad, ata adı, doğum tarixi, şəxsiyyəti təsdiq edən sənədin məlumatları, FİN kodu, VÖEN, yaşayış və əlaqə ünvanı, elektron poçt ünvanı, mobil telefon nömrəsi və digər əlaqə vasitələri);
- Müştərinin maliyyə vəziyyəti, investisiya təcrübəsi, risk profili, investisiya məqsədləri və qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilən müştərinin tanınması (KYC), həmçinin ƏL\TMM haqqında qanundan irəli gələn prosedurlar çərçivəsində təqdim etdiyi məlumatlar;
- Şirkət vasitəsilə həyata keçirilən investisiya əməliyyatları, sifarişlər, alqı-satqılar, ödənişlər, hesab üzrə hərəkətlər, müraciətlər, sorğular və digər xidmətlər nəticəsində formalaşan məlumatlar;
- Müştəri ilə aparılan yazışmalar, telefon danışıqları (qanunvericiliklə nəzərdə tutulmuş hallarda səs yazıları), elektron müraciətlər və müştəri dəstəyi xidmətinə edilən müraciətlər zamanı əldə olunan məlumatlar;
- Dövlət informasiya sistemlərindən, Asan-Finans sistemindən, dövlət orqanlarından, qanuni əsaslarla əldə edilən məlumatlar;
- Veb-saytın, platformanın, və mobil tətbiqin istifadəsi zamanı avtomatik qaydada toplanan texniki məlumatlar, o cümlədən IP ünvanı, cihazın növü, əməliyyat sistemi, brauzer növü və versiyası, dil parametrləri, giriş tarixçəsi, geolokasiya məlumatları istifadə statistikası və sair məlumatlar;
- Fırıldaqçılığın, kibertəhlükələrin, icazəsiz giriş cəhdlərinin və digər təhlükəsizlik risklərinin aşkarlanması və qarşısının alınması məqsədilə toplanan məlumatlar;
- Şirkət tərəfindən göstərilən xidmətlərin təqdim edilməsi, qanunvericiliyin tələblərinin yerinə yetirilməsi, təhlükəsizliyin təmin olunması və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi məqsədləri üçün zəruri olan digər məlumatlar.
Məlumatlardan istifadə məqsədləri
Toplanan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə olunur:
- İnvestisiya xidmətlərinin təşkili: Fiziki və hüquqi şəxslərin ehtiyaclarına uyğun investisiya xidmətlərinin və əlaqəli xidmətlərin təqdim edilməsi, bağlanmış müqavilələrin icrasının təmin edilməsi və müştərilərə göstərilən xidmətlərin fasiləsiz və keyfiyyətli həyata keçirilməsi.
- Saxta əməliyyatların və riskli fəaliyyətlərin qarşısının alınması.
- Təhlükəsizliyin təmin edilməsi.
- Müştəri dəstəyinin göstərilməsi.
- Məlumatlandırma: İstifadəçilərin yeni məhsullar, xidmətlər, kampaniyalar və yeniliklər haqqında dövri olaraq e-poçt və ya digər kommunikasiya vasitələri ilə məlumatlandırılması.
- Hüquqi öhdəliklərin yerinə yetirilməsi.
Fərdi məlumatların paylaşılması
Şirkət fərdi məlumatlarınızı satmır, mübadilə etmir və üçüncü şəxslərin marketinq məqsədləri üçün onların istifadəsinə təqdim etmir. Fərdi məlumatlarınız yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq və bu Məxfilik Siyasətində göstərilən məqsədlərin həyata keçirilməsi üçün aşağıdakı hallarda və şəxslərlə paylaşılır:
- Qanunvericiliyin tələblərinə, depozitar, birja, klirinq və ya hesablaşma sistemi və ya müvafiq sistemin digər iştirakçısına, məhkəmə qərarına və ya səlahiyyətli dövlət orqanlarının qanuni sorğusuna əsasən;
- İstifadəçinin əvvəlcədən qanunvericiliyə uyğun qaydada verilmiş razılığı olduqda.
- Xidmətlərin göstərilməsi, texniki dəstəyin təmin edilməsi və ya digər əməliyyatların həyata keçirilməsi məqsədilə əməkdaşlıq etdiyimiz xidmət təminatçılarına, onların müvafiq məxfilik öhdəliklərinə riayət etməsi şərti ilə.
- Şirkətin birləşməsi, satılması və ya yenidən təşkili hallarında.
İstifadəçilərin hüquqları
İstifadəçi aşağıdakı hüquqlarından istifadə edə bilər:
- Şəxsi məlumatlarına çıxış əldə etmək.
- "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən məlumatlarının toplanılmasına və işlənilməsinə öz etirazlarını yazılı və ya online qaydada Şirkətə ünvanlamaq.
- Məlumatlarında hər hansı dəyişiklik olduğu, və ya belə məlumatlarının səhv və ya tamamlanmamış olduğu halda həmin məlumatlara düzəliş edilməsini tələb etmək.
Fərdi məlumatların mühafizəsi
Şirkət tərəfindən Fərdi məlumatlarınız Azərbaycan Respublikası qanunvericliyi ilə müəyyənləşdirilmiş qaydada toplandığı andan mühafizə olunur və arxivləşdirilir.
Təmin etdiyiniz fərdi məlumatların qeyri-dəqiq, etibarsız, əskik və ya natamam olmasından qaynaqlanan itkilərə görə məsuliyyət daşımırıq.
Şirkətin veb-saytında üçüncü şəxslərə məxsus və ya onlar tərəfindən idarə olunan internet resurslarına keçidlər yerləşdirilə bilər. Həmin internet resursları Şirkətin nəzarət dairəsinə daxil olmadığından, onların məzmununa, fərdi məlumatların emalı qaydalarına, təhlükəsizlik tədbirlərinə və digər siyasətlərinə görə Şirkət heç bir məsuliyyət daşımır. İstifadəçilər üçüncü tərəflərə məxsus veb-saytlardan istifadə edərkən həmin resursların məxfilik siyasəti və digər hüquqi sənədləri ilə müstəqil şəkildə tanış olmalıdırlar.
Şirkət 18 yaşına çatmamış şəxslərə xidmət göstərmir və belə şəxslərin fərdi məlumatlarını bilərəkdən toplamır. 18 yaşa çatmamış şəxslər tərəfindən məlumat təqdim edildiyi təqdirdə İstifadəçi həmin məlumatların onun valideyninin nəzarəti ilə təqdim edildiyini təsdiq edir.
Kukilər (Cookies)
Şirkətin veb-saytı və digər rəqəmsal platformaları xidmətlərin düzgün işləməsinin təmin edilməsi, istifadəçi davranışının təhlili, təhlükəsizliyin artırılması və funksionallığın təkmilləşdirilməsi məqsədləri ilə kuki (cookie) texnologiyasından və digər oxşar texniki vasitələrdən istifadə edə bilər. İstifadəçi brauzerinin müvafiq parametrlərini dəyişdirməklə kukilərin istifadəsini məhdudlaşdıra və ya tamamilə deaktiv edə bilər.
Məlumatların saxlanılması
Fərdi məlumatlar emal məqsədinin həyata keçirilməsi üçün zəruri olan müddət ərzində, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş saxlanma müddətləri nəzərə alınmaqla saxlanılır.
Yekun müddəalar
Şirkət qüvvədə olan qanunvericiliyin tələblərinə, fəaliyyət xüsusiyyətlərinə və fərdi məlumatların emalı proseslərində baş verən dəyişikliklərə uyğun olaraq bu Məxfilik Siyasətini birtərəfli qaydada yeniləmək, ona əlavə və dəyişikliklər etmək hüququna malikdir. Məxfilik Siyasətinin yeni redaksiyası Şirkətin rəsmi internet səhifəsində dərc edildiyi və ya istifadəçilərə digər əlçatan vasitələrlə bildirildiyi andan etibarən qüvvəyə minmiş hesab edilir.
Əlaqə
Hazırkı Məxfilik Siyasəti və ya fərdi məlumatların emalı ilə bağlı suallarınız, müraciətləriniz və ya hüquqlarınızın həyata keçirilməsi ilə əlaqədar Şirkətlə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:
- Ünvan: Baku, Azerbaijan Koroghlu Rahimov 13B AZ1072
- Telefon: (+994 10) 256 78 56
- E-poçt: [email protected]
- Veb-sayt: troni.az